azturkxeber.az
http://azturkxeber.az

Səyyar ASAN xidmət Xankəndidə

21-07-2026

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində əzəli torpaqlarına qayıtmış vətəndaşlara dövlət xidmətlərinin daha rahat, əlçatan və şəffaf formada təqdim edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Azturkxeber.az xəbər verir ki, bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən növbəti Səyyar ASAN xidmət Xankəndi şəhərində təşkil edilib. 23 iyul tarixinədək vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilirlər.

Bu günədək Səyyar ASAN xidmət çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Cəbrayılda vətəndaşlar səyyar xidmətlərdən yararlanıblar.

Əsas məqsəd harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının dövlət xidmətlərinə əlçatanlığını təmin etmək və heç kəsin bu xidmətlərdən kənarda qalmamasına nail olmaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031