azturkxeber.az
http://azturkxeber.az

Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

21-07-2026

Səhiyyə naziri Teymur Musayevin Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Baş Fond Portfolio Meneceri Valeriya Qrişeçkinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Qlobal Fond arasında səhiyyə sahəsində həyata keçirilən əməkdaşlıq layihələri, əldə olunan nəticələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Teymur Musayev Qlobal Fondun ölkəmizdə həyata keçirdiyi layihələrin ictimai səhiyyənin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. O, xüsusilə yoluxucu xəstəliklərlə mübarizə, profilaktik tədbirlərin gücləndirilməsi və səhiyyə sisteminin dayanıqlığının artırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Valeriya Qrişeçkina Azərbaycanda səhiyyə sahəsində aparılan islahatları və Qlobal Fondun dəstəyi ilə icra olunan proqramların nəticələrini müsbət qiymətləndirib. O, gələcəkdə də qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Görüş zamanı Qlobal Fondun dəstəyi ilə həyata keçirilən proqramların icra vəziyyəti, prioritet istiqamətlər, həmçinin gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə edərək əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031