azturkxeber.az
http://azturkxeber.az

Qəhvəyi mərmər bağacığına qarşı fitosanitar tədbirlər davam etdirilir

21-07-2026

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə fitosanitar nəzarət tədbirləri davam etdirilir.

Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi üzrə Tədbirlər Planına uyğun olaraq, AQTA-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, eləcə də Samux rayonunun Zazalı və Çobanabdallı kəndlərində monitorinqlər aparılıb, meyvə bağlarında və parklarda fitosanitar müşahidələr həyata keçirilib, feromon tələlər asılıb.

Bununla yanaşı, sakinlərə zərərvericinin yayılma yolları, mübarizə üsulları barədə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031