Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib
Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcər rayonunda aqrar sahədə həyata keçirilən fəaliyyətlə və tikinti işlərinin gedişi ilə tanış olublar.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, səfər çərçivəsində arıçılıq və heyvandarlıq təsərrüfatlarına baxış olub, həmçinin Zar kəndində tikintisi davam edən fərdi yaşayış evlərində görülən işlər nəzərdən keçirilib. Görüş zamanı aqrar sahənin inkişafına dair yeni Dövlət Proqramının ölkəmizdə, o cümlədən Kəlbəcərdə kənd təsərrüfatının bərpası və inkişafına verəcəyi töhfələr barədə fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:








