azturkxeber.az
http://azturkxeber.az

Çilidə güclü yağış və fırtına nəticəsində 10 nəfər ölüb

21-07-2026

Çilidə güclü yağış və fırtına nəticəsində 10 nəfər ölüb

Çilidə müşahidə olunan güclü yağışlar və fırtına küləkləri nəticəsində 10 nəfər həyatını itirib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Çilinin Milli Fəlakətlərin İdarə Edilməsi Xidmətinin direktoru Alisiya Sebrian bildirib. Onun sözlərinə görə, Atakama bölgəsindən Araukaniyaya qədər ərazilərdə hava şəraiti nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində azı 4 nəfər itkin düşüb, 17 nəfər xəsarət alıb. 1168 nəfər sığınacaqlara yerləşdirilib, əsasən Atakama və Kokimbo bölgələrində 104 mindən çox insan rabitə əlaqəsindən məhrum olub.

Güclü yağıntılar nəticəsində 2000-dən çox evə ziyan dəyib, 76 yaşayış binası dağılıb, 138 min nəfər elektrik enerjisiz qalıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Kokimbo bölgəsində və Atakama ərazisindəki Uasko əyalətində fövqəladə vəziyyət elan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031