azturkxeber.az
http://azturkxeber.az

Bəzi avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib

21-07-2026

Bəzi avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin formalaşdırılması, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində daha bir neçə şəhərətrafı və şəhərlərarası avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşdirilib.

AYNA-dan bildirilib ki, müsabiqələrin nəticələrinə əsasən, Abşeron rayonunun Çaylı kəndini Müşfiqabad qəsəbəsi ilə əlaqələndirən 510 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə "Güzdək Nəqliyyat" MMC, Bakı–Qax marşrutu üzrə "Kaspian Ekspress" MMC, Bakı–Nabran marşrutu üzrə "Uğur yol" MMC, Bakı–Quba marşrutu üzrə isə "Aliosman Ağasoy" MMC qalib elan olunub.

Bundan başqa, Sumqayıt–Qəbələ marşrutu üzrə fiziki şəxs Abdurahmanov Şahin Elşad oğlu, Gəncə–Gədəbəy marşrutu üzrə İbrahimov Nizami Abbasəli oğlu, Şəki–Mingəçevir marşrutu üzrə Fərruxzadə Elbrus Elxan oğlu, Mingəçevir–Gəncə marşrutu üzrə isə Qaffarov Murad Abbas oğlu müsabiqənin qalibləri olublar.

Lənkəran–Astara, Astara–Lənkəran, Lənkəran–Masallı və Masallı–Lənkəran şəhərlərarası avtobus marşrutları üzrə keçirilən müsabiqənin qalibi isə "Logistics and Transport Services" MMC olub.

Qeyd edilib ki, müsabiqələr "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa, eləcə də Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil edilir.

AYNA-dan bildirilib ki, marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə müsabiqəyə çıxarılır. Məqsəd sərnişindaşıma xidmətlərinin keyfiyyətinin, təhlükəsizliyinin və rahatlığının artırılması, eləcə də marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031