azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Kamandan Oxatma Federasiyası idman jurnalistləri arasında ilk dəfə yarış təşkil edib

21-07-2026

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş, idman jurnalistləri arasında ilk dəfə kamandan oxatma yarışı keçirilib.

Azturkxeber.az xəbər verir ki, media nümayəndələrinin bu idman növünə marağının artırılması, həmçinin dəqiqlik, səbir və konsentrasiya bacarıqlarının nümayiş olunması məqsədilə təşkil olunan yarışda 17 fərqli media qurumundan ümumilikdə 27 jurnalist (10 qadın, 17 kişi) mübarizə aparıb.

​Bu dəfə qələm ustaları özlərini oxatma idmanında sınayaraq 10 metr məsafədən hədəfi dəqiq vurmaq üçün bacarıqlarını nümayiş etdiriblər. Gərgin və maraqlı keçən təsnifat mərhələlərinin ardından baş tutan final görüşlərində qaliblərin adları müəyyənləşib. Kişilər arasındakı mübarizənin yekununda Ayaz Qurbanov (flashscore.com) birinci, Elvin Camalov (Bakı-baku.az) ikinci, Əfqan Həbibov (Active Life Group) isə üçüncü yerə layiq görülüb. Qadınların yarışında isə Ülviyyə Sabirqızı (Nəzər.Media) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Fəxriyyə Qarayeva (90deqiqe.az) ikinci, Gülnarə Sadıxova (Real TV) isə üçüncü yerin sahibi olub.

​Yarışın sonunda yüksək nəticə göstərən qalib jurnalistlərə müvafiq dərəcəli diplomlar, medallar və xüsusi hədiyyələr təqdim olunub. Qadınlar arasında qaliblərə mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat katibi Aynur Hüseynova, kişi qaliblərə isə Federasiyanın şöbə müdiri Kamran Həsənzadə təqdim edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031