azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Hava Yolları donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

21-07-2026

21 iyul 2026-cı il, Bakı – AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti “Airbus A320neo” təyyarəsini əlavə edib. Bu, aviaşirkətin cari ildə təyyarə parkına əlavə etdiyi dördüncü hava gəmisidir. Yeni təyyarənin donanmaya əlavə olunması ilə Azərbaycan Hava Yollarının istismarda olan hava gəmilərinin ümumi sayı 30-a çatıb.

Bu barədə Azturkxeber.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Airbus A320neo” təyyarəsinin istismara verilməsi Azərbaycan Hava Yollarının donanmanın yeni nəsil təyyarələrlə yenilənməsi istiqamətində həyata keçirdiyi proqramın növbəti addımıdır. Bu yanaşma aviaşirkətə əməliyyat çevikliyini artırmaq, artan sərnişin tələbatını daha səmərəli qarşılamaq və marşrut şəbəkəsini inkişaf etdirmək prioritetlərini dəstəkləyir.

“Airspace” kabini, geniş əl yükü bölmələri, yüksəksürətli “Wi-Fi”, biznes sinfində fərdi monitorlar və yeni nəsil mühərriklər sayəsində təyyarə daha yüksək sərnişin komfortu ilə yanaşı, daha aşağı yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir.

Qeyd edək ki, cari ilin ilk yarısında Azərbaycan Hava Yolları donanmasını iki “Airbus A320neo” və bir “Airbus A321neo” təyyarəsi ilə genişləndirib. 2026-cı ilin sonuna kimi Azərbaycanın milli aviadaşıyıcısı təyyarə parkına rekord sayda yeni hava gəmisinin daxil olmasını planlaşdırır. Bu proqram çərçivəsində aviaşirkət mərhələli şəkildə yeni nəsil “Airbus” təyyarələrini istismara qəbul edir və 2032-ci ilədək donanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir.

Təyyarənin təqdimat videosunu aşağıdakı linkə keçid edərək izləyə bilərsiniz:

https://youtu.be/n70XGcJJhxg






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031