azturkxeber.az
http://azturkxeber.az

​U-20 millimizin Avropa səfəri tarixi bir ilklə yekunlaşıb.

20-07-2026

20 yaşa qədər oğlanlar arasında keçirilən Avropa çempionatı B divizionun oyunları yekunlaşıb.

Azturkxeber.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislava şəhərində təşkil olunan yarışda Anar Sarıyevin rəhbərlik etdiyi U-20 milli komandamız son oyununu Niderland seçməsinə qarşı keçirib və 66:60 hesabı ilə rəqibinə qalib gəlib. Avropa çempionatı B divizionunda iştirak edən 21 komanda arasında yaş ortalamasına görə 3 ən gənc kollektivdən biri olan millimiz, çempionatı 11-ci pillədə başa vurub. Bu nəticə Azərbaycan basketbol tarixində bir ilk kimi də statistikaya düşüb. İlk baxışda yarışın tam mərkəzində qərarlaşmaq adi bir nəticə kimi görünsə də, komandamızın yer aldığı qrupun ağırlığı və rəqiblərin səviyyəsi bu nəticənin adi bir nəticə olmadığını göstərir. Bunu qrup mərhələsində qarşılaşdığımız komandaların çempionatın sonundakı yekun mövqeləri də aydın sübut edir. Belə ki, qrupdakı ən güclü rəqibimiz olan İsveç millisi çempionatın bürünc medallarına sahib çıxıb. Digər rəqibimiz İrlandiya komandası pley-off mərhələsini uğurla keçərək yarışın 5-cisi olub. Şimali Makedoniya yığması isə ilk onluqda qərarlaşaraq çempionatı 9-cu sırada bitirib. Millimiz çempionat boyu göstərdiyi əzmkar oyun sayəsində ümumi sıralamada düz 10 ölkəni geridə qoymağı bacarıb. Basketbolçularımız turnir cədvəlində Niderland, İsveçrə, Kipr, Gürcüstan, Danimarka, Estoniya, Slovakiya, Ermənistan, Albaniya və Kosovo kimi komandaları üstəliyə bilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031