Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır
Sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil nömrələrlə əlaqə saxlanılmasının zəruriliyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Azturkxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə məlumatında bildirilib.
Qeyd olunub ki, sözügedən məlumatlar saxtadır və vətəndaşlarda çaşqınlıq yaratmağa yönəlib.
Vətəndaşlara belə saxta elanlara etibar etməmək, naməlum telefon nömrələri ilə əlaqə saxlamamaq, bank kartı rekvizitlərini, şəxsiyyət vəsiqəsi məlumatlarını, SMS-lə göndərilən təsdiq kodlarını və digər şəxsi-maliyyə məlumatlarını heç bir halda qarşı tərəfə təqdim etməmək, eləcə də hər hansı ödəniş həyata keçirməmək tövsiyə olunub.
Hazırda həmin saxta məlumatlarla bağlı araşdırmalar aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: