azturkxeber.az
http://azturkxeber.az

Son iki gündə 95 cinayətin üstü açılıb, 98 şübhəli şəxs saxlanılıb

20-07-2026

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, iyulun 18-19-da ölkə ərazisində qeydə alınan 95 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Azturkxeber.az xəbər verir ki, axtarışda olan ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Hesabat dövründə narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 14 fakt müəyyən edilib.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 98 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031