azturkxeber.az
http://azturkxeber.az

Rəqəmsal inkişaf və nəqliyyat naziri Xaçmazda vətəndaşlarla görüşüb

20-07-2026

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 20-də Xaçmaz şəhərində Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Vətəndaşlarla görüş zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda iyul ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031