Qazaxda avarçəkmə tədbiri təşkil olunacaq
İyulun 24-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında “İdman Paytaxtı” seçilən Qazax şəhərində avarçəkmə tədbiri keçiriləcək.
Federasiyadan bildirilib ki, Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində idmançılar akademik avarçəkmə, kayak və kanoe qayıqlarında nümunəvi çıxışlar nümayiş etdirəcəklər. Bununla yanaşı, həvəskarlar üçün nəzərdə tutulmuş qayıqlarda peşəkar məşqçilərin nəzarəti altında şəhər sakinləri və qonaqlar avarçəkməni sınaqdan keçirmək imkanı əldə edəcəklər.
Tədbirin əsas məqsədi regionlarda su idman növlərinin təbliği, yeniyetmə və gənclərin avarçəkməyə marağının artırılması, eləcə də sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: