Özünüməşğulluq proqramına cəlb olunan şəxslərlə bağlı yeni mexanizmlər yaradılacaq
Özünüməşğulluq proqramına cəlb olunan şəxslərin biznes subyektləri kimi formalaşdırılmasını təşviq edən yeni mexanizmlər yaradılacaq.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilsə təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”da yer alıb.
Tədbirin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Digər icraçılar isə İnnovasiyalar Mərkəzi və Kənd Təsərrüfatı Nazirliyidir.
Tədbirlərdə ilkin olaraq özünüməşğulluq proqramı çərçivəsində fərdi sahibkar və ya ailə kəndli təsərrüfatı kimi rəsmi qeydiyyata alınanların sayının artırılması, özünüməşğulluq proqramına cəlb olunmuş və rəsmi qeydiyyatdan keçərək biznesini davam etdirən şəxsləri Dünya Bankı ilə birgə həyata keçirilən Məşğulluğa Dəstək Layihəsi çərçivəsində icra olunan “Həvəsləndirmə mükafatları” müsabiqəsinə və “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” layihəsinə cəlb etməklə onlara əlavə dəstək verilməsi nəzərdə tutulur.
Yekunda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış biznes subyektlərinin məşğulluğa töhfəsinin artırılması hədəflənir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: