azturkxeber.az
http://azturkxeber.az

Mərkəzi Bank ilə Böyük Britaniyanın “Chartered Insurance Institute” arasında strateji əməkdaşlıq münasibətləri qurulur

20-07-2026

20 iyul 2026-cı il, Bakı: Mərkəzi Bank maliyyə sektorunun kadr potensialının artırılmasını hədəfləyən təşəbbüslərin həyata keçirilməsini davam etdirir.

Azturkxeber.az xəbər verir ki, Mərkəzi Bank ilə Böyük Britaniyanın “Chartered Insurance Institute” arasında strateji əməkdaşlığın qurulması bu istiqamətdə növbəti mühüm mərhələyə çevrilib.

Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə institutun baş icraçı direktoru Metyu Hil arasında görüş keçirilib. Sığorta və maliyyə xidmətləri sahəsində peşəkar tədris üzrə dünyada aparıcı institutlardan biri olan bu təşkilatla görüş zamanı Azərbaycanda sığorta sektorunda insan kapitalının inkişafının dəstəklənməsi, ölkəmizin beynəlxalq standartlara uyğun sığorta üzrə regional tədris və təlim mərkəzinə çevrilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi perspektivləri müzakirə edilib.

Əməkdaşlıq çərçivəsində təşkilatın professor və ekspertlərinin iştirakı ilə Azərbaycanda həyata keçiriləcək beynəlxalq səviyyəli tədris proqramının tətbiq edilməsi üzrə ilkin razılıq əldə edilib.

Qeyd edək ki, bu proqram çərçivəsində sığorta və maliyyə sektorunda çalışan mütəxəssislər, eləcə də bu istiqamətdə karyera qurmaq istəyən şəxslər qlobal nüfuzlu institutun təklif etdiyi sığorta və risk menecmenti istiqaməti üzrə peşəkar təhsil imkanlarından faydalanacaq. Bununla da proqram, ölkədə əmək bazarında dövrümüzün tələbləri və ehtiyaclarına cavab verən peşəkar mütəxəssislərin hazırlanmasına xidmət edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031