azturkxeber.az
http://azturkxeber.az

Media: ABŞ İranla genişmiqyaslı müharibənin astanasındadır

20-07-2026

Media: ABŞ İranla genişmiqyaslı müharibənin astanasındadır

ABŞ İraq və İordaniyada amerikalı hərbçilərin həlak olmasından sonra İranla genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzədir.

Bu barədə “The Washington Post” qəzeti ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Pentaqon Yaxın Şərqdə hərbi təyyarələrin sayını artırır. Bununla yanaşı, hərbi əməliyyatların genişləndirilməsi hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli sursat ehtiyatlarının azalması, həmçinin bölgəyə əlavə qüvvə və aviasiya yerləşdirilməsi imkanlarının məhdudluğu ilə çətinləşə bilər.

Qəzetin həmsöhbəti bildirib ki, ABŞ-nin hazırkı mərhələdə genişmiqyaslı əməliyyatları təhlükəsiz şəkildə davam etdirmək üçün kifayət qədər resurslarının olub-olmaması sual doğurur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031