Kapital Bank “Euromoney Awards for Excellence 2026”da iki nominasiya üzrə qalib olub

Ölkənin birinci bankı Kapital Bank dünyanın ən nüfuzlu maliyyə nəşlərindən olan “Euromoney” tərəfindən təşkil olunan “Awards for Excellence” mükafatında iki nominasiya üzrə qalib olub. Bank ölkə üzrə “Best Retail Bank”- "İlin ən yaxşı pərakəndə bankı" və "Best Digital Bank for SMEs"- “Kiçik və orta sahibkarlar üçün ən yaxşı rəqəmsal bank” nominasiyalarında mükafata layiq görülüb.
“Euromoney Awards for Excellence” maliyyə sektorunda müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən bank və maliyyə institutlarının qiymətləndirildiyi beynəlxalq mükafatlardan biridir.
Qeyd edək ki, “Euromoney Awards for Excellence” çərçivəsində bu il Azərbaycan üzrə ilk dəfə təqdim olunan “Azerbaijan's Best Retail Bank” nominasiyası üzrə ilk qalib Kapital Bank olub.
Kapital Bank müştərilərin dəyişən ehtiyaclarına uyğun innovativ məhsul və xidmətlər təqdim etməklə pərakəndə bankçılıq və rəqəmsal transformasiya istiqamətində inkişafını davam etdirir. Bank həm fərdi müştərilərə, həm də sahibkarlara gündəlik maliyyə əməliyyatlarını rahat, sürətli və təhlükəsiz şəkildə həyata keçirməyə imkan yaradan həllər təqdim edir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: