azturkxeber.az
http://azturkxeber.az

Kamran Əliyev: Azərbaycan və Özbəkistan prokurorluqları arasında qarşılıqlı əlaqələr gündən-günə daha da intensivləşir

20-07-2026

Kamran Əliyev: Azərbaycan və Özbəkistan prokurorluqları arasında qarşılıqlı əlaqələr gündən-günə daha da intensivləşir

Özbəkistanla Azərbaycan qardaş və dost ölkələrdir. Bizim bir çox ortaq dəyərlərimiz var. Ən əsası da odur ki, bütün dəyərlərə əsaslanaraq iki ölkənin prezidentləri arasında siyasi səviyyədə çox gözəl münasibətlər mövcuddur. Özbəkistan həmişə Azərbaycanın, Azərbaycan isə həmişə Özbəkistanın yanında olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında başqa dövlətlər üçün nümunə olacaq münasibətlərin nəticəsidir ki, hazırda iqtisadi, humanitar, təhsil, nəqliyyat sahələrində əlaqələr yüksək səviyyədədir. Eyni zamanda, Qarabağda quruculuq işlərinin aparılmasında da Özbəkistan Respublikasının şirkətləri yaxından iştirak edirlər.

Bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Özbəkistan Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq Proqramının imzalanması mərasimində çıxışı zamanı deyib.

İki ölkənin prokurorluq orqanları əməkdaşları arasında işgüzar münasibətlərin mövcud olduğunu qeyd edən K.Əliyev qarşılıqlı əlaqələrin gündən-günə daha da intensivləşdiyini bildirib.

"Özbəkistan Prokurorluğunun təhsil sahəsində çox dərin, hərtərəfli elmi bazası var. Bu gün imzaladığımız Əməkdaşlıq Proqramı elm-tədris sahəsində əməkdaşlığımız üçün hesab edirəm ki, kifayət qədər uğurlu olacaq.

Eyni zamanda, razılaşdıq ki, beynəlxalq təşkilatlarda da Azərbaycan Prokurorluğu və Özbəkistan Prokurorluğu öz münasibətlərini bir yerdə koordinasiya edəcək", - deyə K.Əliyev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031