azturkxeber.az
http://azturkxeber.az

İsti havada qida zəhərlənmələrindən necə qorunmaq olar?

20-07-2026

İsti havada qida zəhərlənmələrindən necə qorunmaq olar?

Yay aylarında havanın isti keçməsi qida məhsullarında bakteriyaların daha sürətlə çoxalmasına səbəb olur ki, bu da qida zəhərlənmələri riskini artırır. Bu riskin qarşısını almaq üçün qidaların hazırlanması və saxlanması zamanı bir sıra qida təhlükəsizliyi qaydalarına riayət olunmalıdır. Xüsusilə yay mövsümündə tez xarab olan ət, süd məhsulları, balıq və digər qidaların düzgün saxlanılması, hazırlanması və istehlakı vacibdir. İstifadə müddəti bitmiş, rəngi və qoxusu dəyişmiş məhsullardan istifadə edilməməlidir.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu məlumat yayıb.

Bildirilib ki, məhsul alarkən onun etiket məlumatlarına, son istifadə tarixinə və qablaşdırmaya diqqət yetirilməli, tez xarab olan qidalar müvafiq temperatur rejimində saxlanılmalıdır. Meyvə və tərəvəzlər istehlakdan əvvəl yaxşı yuyulmalı, konserv məhsullarında şişkinlik və ya zədələnmə müşahidə olunduqda onlardan istifadə edilməməlidir.

Ət, toyuq və balıq məhsulları tam bişirilməli, çiy və hazır qidaların təmasına yol verilməməlidir. Yemək hazırlamazdan əvvəl və sonra əllər yuyulmalı, mətbəx alətləri və qida ilə təmasda olan səthlər təmiz saxlanılmalıdır.

Qida zəhərlənmələri ürəkbulanma, qusma, ishal, qarın ağrısı, halsızlıq və hərarətlə müşayiət oluna bilər. Bu əlamətlər müşahidə edildikdə dərhal həkimə müraciət etmək məsləhətdir. Qida zəhərlənməsi diaqnozu yalnız həkim tərəfindən müəyyən edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031