IELTS layihəsi iştirakçılarının əksəriyyətini kişilər təşkil edib
Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə əməkdaşlığı çərçivəsində icra olunan “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi üzrə iştirakçıların gender bölgüsü açıqlanıb.
Bu barədə Təhsilin İnkişafı Fondundan məlumat verilib. Bildirilib ki, 2026-cı ilin II rübündə layihədən yararlanan 282 nəfərin 153-ü kişi, 129-u qadın olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: