azturkxeber.az
http://azturkxeber.az

Günəşdə gümüşün miqdarının əvvəlki hesablamalara nisbətən 55 faiz çox olduğu müəyyən edilib

20-07-2026

Günəşdə gümüşün miqdarının əvvəlki hesablamalara nisbətən 55 faiz çox olduğu müəyyən edilib

İsveçli tədqiqatçılar Günəşdə gümüş elementinin əvvəlki təxminlərlə müqayisədə 55 faiz daha çox olduğunu müəyyən ediblər.

İsveçin Uppsala Universitetinin yaydığı açıqlamaya əsasən, tədqiqatçılar Günəşin kimyəvi tərkibini araşdırıblar.

Alimlər Günəşdəki gümüşün miqdarını müəyyən etmək üçün onun şüalarında həmin elementin buraxdığı xüsusi spektral izləri təhlil ediblər.

Keçmiş tədqiqatlardan daha çox amili nəzərə alan və Günəşin atmosferini daha real şəkildə modelləşdirən yeni metod hazırlayan tədqiqatçılar müəyyənləşdiriblər ki, Günəşdəki gümüşün miqdarı əvvəlki hesablamalarla müqayisədə 55 faiz daha çoxdur.

Bildirilib ki, həmin nəticə 4,6 milyard il əvvəl Günəşlə eyni qaz və toz buludundan yaranmış meteoritlərdə müşahidə olunan və indiyədək izah edilə bilməyən yüksək gümüş miqdarı ilə daha yaxşı uyğunluq təşkil edir.

Tədqiqatın nəticələri “Astronomy & Astrophysics” jurnalında dərc olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031