azturkxeber.az
http://azturkxeber.az

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə start verilib

20-07-2026

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və “Care Group”un təşkilatçılığı, PAŞA Bankın maliyyə dəstəyi ilə “Gələcəyi birlikdə quraq!” (“Empowering Futures”) sosial layihəsinə başlanılıb.

Agentlikdən verilən məlumata əsasən, layihə Agentliyin uşaq evi sosial xidmət müəssisələrində yaşayan 13-18 yaş aralığında olan 40 gənci əhatə edir.

Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş gənclərin əmək bazarına hazırlıq səviyyəsinin artırılması, onların gələcək karyera seçimlərini daha məsuliyyətli şəkildə formalaşdırmalarına dəstək göstərilməsidir.

Layihə çərçivəsində iştirakçıların təlim nəticələri, bacarıqları, maraq dairələri və inkişaf potensialı nəzərə alınmaqla fərdi inkişaf istiqamətləri müəyyən ediləcək. Tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində seçilmiş iştirakçılar üçün təcrübə proqramları, mentorluq dəstəyi və potensial məşğulluq imkanları da qiymətləndiriləcək.

Sosial layihənin gənclərin peşəkar inkişafına və əmək bazarına inteqrasiyasına töhfə verməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031