azturkxeber.az
http://azturkxeber.az

FHN-in Şimal Regional Mərkəzi çimərliklərdə təhlükəsizlik tədbirləri ilə bağlı “dəyirmi masa” keçirib

20-07-2026

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü və Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə “Fövqəladə hallar zamanı dalğıc-axtarış və xilasetmə işinin təşkili sahəsində birgə fəaliyyət” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən struktur bölmələrinin nümayəndələri, Xaçmaz, Şabran və Siyəzən Rayon İcra hakimiyyətlərinin, yerli özünüidarəetmə və icra orqanlarının məsul şəxsləri iştirak ediblər.

Tədbir zamanı FHN Şimal Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şimal regionu üzrə Kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin əməkdaşları tərəfindən region üzrə çimərliklərdə və digər sututarlarda təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqlərinin nəticələri fotoslaydların müşayiəti ilə təqdim olunub, aşkar edilmiş nöqsanlar, maarifləndirmə işinin vəziyyəti və həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı geniş məlumat verilib.

Tədbirdə, həmçinin regionda fövqəladə halların qarşısının alınması sahəsində görülmüş işlər, mövcud problemlər, qarşıda duran vəzifələr müzakirə olunub, təkliflər səslənib, aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031