Elektromobillərə keçid neftə tələbatı azaldacaq

Dünya bazarında neft qiymətləri 150 dolları ötməyəcək ki, bunun da əsas səbəbi elektromobillərə keçiddir. 2025-ci ildə dünya üzrə neft qənaəti 1,2 milyon barel təşkil edib.
Bu barədə məlumat verən enerji üzrə rusiyalı ekspert Kiril Radionov deyib ki, 2021-ci ildə elektrik və hibrid avtomobillərin hesabına yanacağa sutkada 320 min barel qənaət edilirdisə, 2026-cı ildə bu rəqəm 1,2 milyon barelə yüksəlib.
Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, 2035-ci ildə qənaətin həcmi sutkada 7,1 milyon barelə çatacaq ki, bunun da 3,4 milyon bareli Çinin öhdəsinə düşəcək. Çünki Çin dünyada elektromobil istehsalına görə liderdir və əhali tədricən daxili yanma mühərrikdən imtina edir. Bununla yanaşı, İran ətrafında baş verən geosiyasi proseslər başa çatdıqdan sonra neft istehsalı və ixracı il məşğul olan dövlətlər arasında çox ciddi rəqabət başlayacaq ki, bu da qiymətlərin düşməsinə gətirib çıxaracaq.
Hazırkı proseslər 1970-ci ildə baş verən hadisələrə bənzəyir. Həmin il İranda baş verən inqilab dünya bazarında neftin qiymətinin yüksəlməsinə səbəb oldu. Vəziyyət sabitləşəndən sonra isə neftin 1 barelin qiyməti 8 dollara kimi aşağı düşdü.
Qiymətlərin artması ABŞ-də də böyük ajiotaj yaradıb. Cari ilin fevralından bu günə kimi Amerikada benzinin qiyməti 50 faiz artıb ki, bu da noyabrda keçiriləcək aralıq seçkilərində Prezident Donald Trampın partiyasının qalib gəlməsinə böyük maneə yaradıb. Buna görə də, ABŞ İranı bombardman edərək razılaşmağa məcbur etməyə çalışır ki, hərbi əməliyyatları tez başa çatdırsın, noyabra kimi neftin qiyməti aşağı düşsün.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: