Dövlət Komitəsində Real TV-nin baş direktoru Mirşahin Ağayevlə görüş keçirilib




22 iyul – Milli Mətbuat Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Real TV-nin baş direktoru, Əməkdar jurnalist Mirşahin Ağayev ilə görüş keçirilib.
Azturkxeber.az xəbər verir ki, uşaq və gəncləri Azərbaycan mətbuatının zəngin tarixi, keçdiyi inkişaf yolu və müasir dövrdə cəmiyyətdə oynadığı mühüm rol barədə məlumatlandırmaq məqsədilə təşkil olunan görüşdə Azərbaycan Uşaqlarının İnkişaf Platforması İctimai Birliyi və Uşaq Səfirlər Məclisinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova medianın cəmiyyətin operativ və düzgün məlumatlandırılmasındakı mühüm rolunu vurğulayıb. Real TV-nin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirən sədr müavini, Mirşahin Ağayevin Azərbaycan jurnalistikasının inkişafına verdiyi töhfələrdən bəhs edib.
Çıxış edən Real TV-nin baş direktoru, Əməkdar jurnalist Mirşahin Ağayev Azərbaycan milli mətbuatının tarixindən danışaraq bildirib ki, milli mətbuatımızın əsası 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. O diqqətə çatdırıb ki, maarifçilik ideyalarının yayılmasına, cəmiyyətin məlumatlandırılmasına və ölkənin inkişafına xidmət edən qəzetdə dövrün aktual məsələlərini əhatə edən müxtəlif rubrikalar vasitəsilə oxuculara faydalı məlumatlar təqdim edilirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: