azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə naziri Pakistan İslam Respublikasının hüquq və ədliyyə üzrə dövlət naziri ilə görüşüb

20-07-2026

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Pakistan İslam Respublikasının hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanaraq, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində mühüm rol oynadığı bildirilib.

Ədliyyə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edən Əməkdaşlıq Memorandumu və Əməkdaşlıq Proqramının icrası çərçivəsində bir sıra birgə tədbirlərin həyata keçirildiyi və bu istiqamətdə fəaliyyətin davam etdirildiyi qeyd olunub.

Bu çərçivədə Bakıda keçiriləcək təlimin iki ölkənin ədliyyə orqanları arasında təcrübə və bilik mübadiləsinin genişləndirilməsi, eləcə də peşəkar əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, may ayında İslamabadda keçirilmiş təlimin yüksək səviyyədə təşkilinə görə Pakistan tərəfinə təşəkkür ifadə edilib, cari ilin oktyabr ayında isə İslamabadda daha bir təlimin keçirilməsinin planlaşdırıldığı bildirilib.

Birgə təlimlərin və digər tədbirlərin iki ölkənin ədliyyə orqanları arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Aqil Malik Azərbaycandan olan hakimlər, ədliyyə və məhkəmə işçiləri üçün Bakıda keçiriləcək təlimdə iştirak etmək məqsədilə ölkəmizə səfər edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031