azturkxeber.az
http://azturkxeber.az

DİM magistratura üzrə qabiliyyət imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası təşkil edəcək

20-07-2026

DİM magistratura üzrə qabiliyyət imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası təşkil edəcək

Təsviri sənət istiqamətinin magistratura səviyyəsi üzrə 70 nömrəli proqramı üzrə keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı bakalavrların müraciətlərinə baxılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Rəssamlıq Akademiyasında iyulun 17-də keçirilmiş qabiliyyət imtahanlarının nəticələri ilə əlaqədar Apellyasiya komissiyası iyulun 23-də fəaliyyət göstərəcək. Apellyasiya komissiyası saat 10:00-dan 12:00-dək müraciətləri qəbul edəcək.

Qabiliyyət imtahanlarının nəticələrindən narazı qalan bakalavrlar şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən müraciət edərək ərizə təqdim etməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031