Bakı beynəlxalq cüdo turnirinə ev sahibliyi edəcək
İyulun 25-26-da Bakıda Avropa Cüdo Ümidləri turniri təşkil olunacaq.
Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, yarışda 10 ölkədən 87 klubu təmsil edən 329 cüdoçu (281 oğlan, 48 qız) qüvvəsini sınayacaq.
Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə idmançılar U-14 və U-16 yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.
Bundan əlavə, iyulun 24-26-da yarış iştirakçıları üçün texniki seminarlar təşkil olunacaq. Seminarlara kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkioni rəhbərlik edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: