azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanda çevik iş vaxtı rejimi tətbiq olunacaq

20-07-2026

Azərbaycanda çevik iş vaxtı rejimi tətbiq olunacaq

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması nəzərdə tutulur.

Azturkxeber.az xəbər verir ki, bu, "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda əksini tapıb.

Sənədə əsasən, 2026–2030-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi ilə birgə bu istiqamətdə tədbirlər həyata keçiriləcək.

İlkin mərhələdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübə araşdırılacaq. Sonrakı mərhələdə bu sahəni tənzimləyəcək normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək.

Tədbirlər Planına əsasən, görüləcək işlərin yekununda Azərbaycanda çevik iş vaxtı rejimi tətbiq olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031