Azərbaycanda aktiv məşğulluq tədbirlərinə cəlb edilən şəxslərin sayı artırılacaq
Ölkəmizdə aktiv məşğulluq tədbirlərinə cəlb edilən şəxslərin sayı artırılacaq
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilsə təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda yer alıb.
Tədbirlər Planına əsasən, layihənin əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.
Sənəddə qeyd edilib ki, 2026–2030-cu illərdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına çıxışının artırılması üçün aktiv məşğulluq tədbirlərinin səmərəliliyi artırılacaq. Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün həyata keçirilən aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində beynəlxalq təcrübə öyrəniləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: