VI Yüksəliş müsabiqəsinin üç gün davam edən final mərhələsi başa çatıb




Final mərhələsinin üçüncü günündə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da iştirak edib.
Azturkxeber.az xəbər verir ki, Finalçılar Təşkilat Komitəsinin üzvləri və mentorların müşahidəsi altında “Yeni təsir gücü:Azərbaycan” adlı keys tapşırığını yerinə yetiriblər. İştirakçılar keys üzrə həll yollarını hazırlayaraq təqdim edib, mentorların suallarını cavablandırıblar. Təqdimatlardan sonra finalçıların fəaliyyəti idarəçi rəhbərlər tərəfindən qiymətləndirilib.
Qiymətləndirmə prosesinin bir hissəsi olaraq hər masaya təyin edilmiş mentor komandada bilik və idarəetmə bacarıqları ilə fərqlənən bir finalçıya əlavə qiymətləndirmə balı təqdim edib. Mentor tərəfindən verilən bal iştirakçının final mərhələsi üzrə ümumi nəticəsinə əlavə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: