Su İdman Növləri Federasiyası ilə Windsurfing Bakunun təşkilatçılığı ilə Bakı SUP Fest keçirilib


Azərbaycan Su İdman Növləri Federasiyası və Windsurfing Bakunun təşkilatçılığı ilə 19 iyul 2026-cı il tarixində Şıxov çimərliyində yerləşən Ramada by Wyndham Baku hotelinin ərazisində keçirilən Baku SUP Fest uğurla yekunlaşıb.
Azturkxeber.az xəbər verir ki, yay mövsümünün ən rəngarəng su idmanı tədbirlərindən biri olan festival iştirakçılar üçün həm idman, həm də əyləncəli anlarla yadda qalıb. Proqram çərçivəsində SUP (Stand Up Paddle) yarışları , canlı DJ çıxışı, foto zonaları və müxtəlif əyləncələr təşkil olunub.
Festivalda həvəskar və peşəkar iştirakçılar SUP yarışlarında öz bacarıqlarını nümayiş etdiriblər. Qaliblərə qiymətli hədiyyələr təqdim edilib.
Su idman növlərinin təbliği və sağlam həyat tərzinin təşviqi məqsədi ilə keçirilən bu cür tədbirlərin gələcəkdə də təşkil olunması nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: