azturkxeber.az
http://azturkxeber.az

Stolüstü tennisçimiz Avropa çempionatında ilkə imza atıb

19-07-2026

Stolüstü tennisçi Onur Quluzadə yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticəyə nail olub.

Azturkxeber.az xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın qoşa növündə türkiyəli həmkarı Görkəm Öcalla birlikdə mübarizə aparan Onur, 1/4 finalda Çexiya idmançılarına qalib gələrək yarımfinala adlayıb. Bununla ən azı üçüncü yeri təmin edən Onur, müstəqillik dövründə bu uğura imza atan ilk azərbaycanlı stolüstü tennisçi olub.Onur Quluzadə - Görkəm Öcal cütü bu gün keçiriləcək 1/2 finalda Avstriya-İspaniya tandemini təşkil edəcək idmançılarla (Luis Fegerl-Ladimir Mayorov) qarşılaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031