Ombudsman Səbinə Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini təbrik edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva:
“Yüksəliş” müsabiqəsinin 2026-cı il üzrə final mərhələsində mentor kimi finalçılarla birlikdə olmaq, onların hədəfə aparan son mərhələdəki əzmini və peşəkarlığını yaxından izləmək mənim üçün də dəyərli təcrübə oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsi ölkəmizdə peşəkar kadr potensialının inkişafına xidmət edən ən uğurlu dövlət layihələrindən biridir. Final mərhələsinə qədər yüksələn hər bir iştirakçı artıq zəhməti, biliyi və bacarığı ilə mühüm uğura imza atmışdır.
Qalib seçilən iştirakçıları ürəkdən təbrik edir, onlara yeni nailiyyətlər arzulayıram. Eyni zamanda, bu məsuliyyətli və nüfuzlu marafona qoşulan, özünə inanan və inkişaf yolunu seçən bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayır, harada çalışmaqlarından asılı olmayaraq, dövlətimizə və cəmiyyətimizə sədaqətlə xidmət edəcəklərinə inanıram.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: