azturkxeber.az
http://azturkxeber.az

Güclü leysan yağışları Gürcüstanda yenidən ciddi problemlər yaradıb

19-07-2026

Güclü leysan yağışları Gürcüstanda yenidən ciddi problemlər yaradıb

Güclü leysan yağışları Gürcüstanda yenidən ciddi problemlər yaradıb. Bu dəfə ən böyük ziyan İmereti bölgəsinə dəyib.

Azturxeber.az xəbər verir ki, Kutaisi-Tskaltubo-Tsageri-Lentexi yolunda, Sakdri körpüsünün yaxınlığında çay məcrasından çıxıb, sel suları yola daşıb, nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti qadağa qoyulub.

Gürcüstan İnfrastruktur Nazirliyinin Yol İdarəsinin məlumatına görə, çayın daşması nəticəsində Kutaisi (Tskaltubo dolama yolu)-Tskaltubo-Tsageri-Lentexi-Lasdili daxili dövlət əhəmiyyətli avtomobil yolunun 98-ci kilometrliyində (Sakdri körpüsünün yaxınlığında) su yol infrastrukturuna ziyan vurub. Yolda torpaq sürüşməsi ehtimalı artıb.

Bildirilir ki, təhlükəsizlik səbəbi ilə sözügedən hissədə bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031