azturkxeber.az
http://azturkxeber.az

FHN: Sabunçuda quru otluq ərazidəki yanğın qısa müddətdə söndürülüb

19-07-2026

FHN: Sabunçuda quru otluq ərazidəki yanğın qısa müddətdə söndürülüb

Bakı şəhəri, Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-dən bildirilib ki, yanğın nəticəsində 7 hektar sahədə quru ot və kol-kos yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğının söndürülməsi tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 5 ədəd texnikası və 26 nəfərdən ibarət şəxsi heyəti cəlb edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031