FHN-dən xəbərdarlıq: Küləkli havada dənizə girmək həyat üçün təhlükəlidir!
Bakıda və Abşeron yarımadasında müşahidə edilən güclü küləkli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib.
FHN-dən verilən məlumata görə, mövcud hava şəraitində dənizə girmək birbaşa insan həyatı üçün ciddi təhlükə yaradır. FHN əhalini bədbəxt hadisələrdən qorunmaq üçün müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Nazirliyin müraciətində deyilir: "Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!"
Vətəndaşlardan xahiş olunur ki, təhlükə ilə qarşılaşdıqları və ya köməyə ehtiyac duyduqları zaman dərhal FHN-in “112” qaynar xətti ilə əlaqə saxlasınlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: