azturkxeber.az
http://azturkxeber.az

Səbinə Əliyeva: “Əsl yüksəliş insan hüquq və azadlıqlarına hörmətlə tamamlananda öz həqiqi mənasını tapır”

18-07-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva:

Bu gün “Yüksəliş” müsabiqəsinin final mərhələsində gələcəyimizin ümidverici gəncləri ilə bir arada olmaqdan böyük məmnunluq hissi keçirdim.

Onların biliklərə, yeniliyə və davamlı özünüinkişafa göstərdikləri maraq, hədəflərinə inamla irəliləmələri böyük qürur hissi doğurur. İnanıram ki, bu gənclər qazandıqları bilik və təcrübə ilə ölkəmizin inkişafına mühüm töhfələr verəcəklər.

İnanıram ki, əsl yüksəliş yalnız peşəkar uğurlarla deyil, insanlara, onların hüquq və azadlıqlarına hörmət, yüksək mənəvi dəyərlər və məsuliyyət hissi ilə tamamlananda öz həqiqi mənasını tapır.

Final mərhələsinə vəsiqə qazanan bütün iştirakçıları ürəkdən təbrik edir, hər birinə uğurlu yol, yeni nailiyyətlər və Vətənimizə layiqli xidmət arzulayıram.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031