azturkxeber.az
http://azturkxeber.az

Dünya Qadın Seriyasında "Bakı" mərhələsinin oyunları davam edir

18-07-2026

18 iyul 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Bakı mərhələsinin ilk oyun gününün görüşləri keçirilib.

Azturkxeber.az xəbər verir ki, Bakı mərhələsində qadınlardan ibarət millimiz ilk təsnifat oyununda Benin yığmasına 21:3 hesabı ilə qalib gəlsə də, ikinci görüşdə Brazilya seçməsinə 9:19 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb. Klub komandamız "Neftçi" ilk qrup oyununda Çexiyanın "Praqa" klubu ilə qarşılaşıb və rəqib üzərində 18:14 hesablı qələbəyə sevinib. İkinci qrup oyununda isə "Neftçi 16:21 hesabı ilə Litva millisinə məğlub olsa da, 1/4 final şanslarını qoruyub saxlayır.

Qeyd edək ki, qrupda ilk iki sıranı tutmuş kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar. 1/4 final oyunları 19 iyulda baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031