Çimərlik futbolu üzrə Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb.
Azturkxeber.az xəbər verir ki, B Liqasının B qrupunda yer alan yığma Latviya kollektivi ilə qarşılaşıb.
Batumi çimərlik meydançasında baş tutan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər iki qolu Orxan Məmmədov vurub.
Bununla qrupda ikinci yeri tutan Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb. Komandamız bu raundda Norveç yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk iki oyunda İngiltərəyə 8:3, Slovakiyaya 4:2 hesabı ilə qalib gəlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: