BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri daha bir uğur qazanıblar
Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri beynəlxalq uğurlara imza atıblar.
Azturkxeber.az xəbər verir ki, liseyin XI sinif şagirdi Elman Kərimli 58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2026) Azərbaycanı uğurla təmsil edərək bürünc medal qazanıb. Respublika Fənn Olimpiadasının kimya fənni üzrə qızıl medalçı olan Elman Kərimli həm də kimya sahəsində nüfuzlu beynəlxalq yarışmalardan biri olan 60-cı Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında da bürünc medal qazanıb.
Liseyin IX sinif şagirdi Məhəmməd Abdulla isə Bolqarıstanın Varna şəhərində keçirilən XII Avropa Coğrafiya Olimpiadasında 3-cü yerə layiq görülüb. O, Moskva şəhərində keçirilən ikinci Beynəlxalq Açıq Coğrafiya Olimpiadasının da bürünc medalçısıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: