azturkxeber.az
http://azturkxeber.az

ANAMA-nın kollektivi Ulu Öndərin məzarını ziyarət edib

18-07-2026

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri ANAMA-nın təsis edilməsinin 28-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Agentlikdən verilən məlumata görə, Ümummilli Liderin xatirəsi ehtiramla yad edilib, məzarı önünə tər gül dəstələri qoyulub.

Ziyarətçilər daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, ANAMA müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyul tarixli Sərəncamı ilə təsis edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031