azturkxeber.az
http://azturkxeber.az

Yaponiyada dövlət bayrağının təhqiri cinayət hesab ediləcək

17-07-2026

Yaponiyada dövlət bayrağının təhqiri cinayət hesab ediləcək

Yaponiya parlamenti dövlət bayrağının qəsdən təhqir edilməsini və ya zədələnməsini cinayət hesab edən qanun layihəsini qəbul edib.

Azturkxeber.az Jiji Press agentliyinə istinadla xəbər verir ki, yeni qanuna əsasən, dövlət bayrağını ictimai şəkildə təhqir edən şəxsləri 2 ilədək həbs və ya 200 min yenədək cərimə gözləyir.

Qanunun rəsmi dərc edildikdən 20 gün sonra qüvvəyə minəcəyi gözlənilir. Sənədin qəbulu zamanı bəzi müxalifət nümayəndələri bunun ifadə azadlığına mənfi təsir göstərə biləcəyini bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031