azturkxeber.az
http://azturkxeber.az

Qədim qalanın su təminatı və tarixi dövrləşdirilməsi ilə bağlı yeni elmi yanaşmalar irəli sürülüb

17-07-2026

Qədim qalanın su təminatı və tarixi dövrləşdirilməsi ilə bağlı yeni elmi yanaşmalar irəli sürülüb

Daşkəsən rayonunun Xoşbulaq yaylağında yerləşən qədim siklopik qalanın memarlıq xüsusiyyətlərinin araşdırılması zamanı onun su təminatı sistemi və tarixi dövrləşdirilməsi ilə bağlı yeni elmi yanaşmalar irəli sürülüb. Mütəxəssislərin fikrincə, bu məsələlərin dəqiq müəyyənləşdirilməsi yalnız kompleks memarlıq və arxeoloji tədqiqatlar nəticəsində mümkün ola bilər.

Bu barədə memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı məlumat verib.

Alimin sözlərinə görə, müşahidələr zamanı qala daxilində bulaq və ya quyu müəyyən edilməyib. Müdafiə xarakterli dağ qalalarında uzunmüddətli mühasirəyə tab gətirmək üçün su təminatının əsas şərtlərdən biri olduğu nəzərə alınaraq, qalaya suyun qədim kəhriz və ya yeraltı su xətləri vasitəsilə gətirilməsi ehtimal edilir. Bununla belə, həmin mühəndislik sisteminin izlərinin müəyyən olunmasının yalnız gələcək arxeoloji qazıntılar nəticəsində mümkün olacağı bildirilir.

R.Qarabağlı qeyd edib ki, abidənin yaxınlığında yerləşdirilən rəsmi məlumat lövhəsində onun dövlət tərəfindən qorunduğu, Tunc dövrünə aid olduğu və arxeoloji abidə statusu daşıdığı göstərilir.

Lakin müəllifin fikrincə, memarlıq-struktur xüsusiyyətləri mövcud təsnifatın bəzi məqamlarının yenidən araşdırılmasını zəruri edir. Yerüstü divarlara, müdafiə planına və içqalaya malik olan tikili yalnız arxeoloji deyil, həm də memarlıq abidəsi kimi qiymətləndirilə bilər.

Bundan başqa, qalanın birbaşa Tunc dövrünə aid edilməsinin yalnız kompleks arxeoloji və memarlıq tədqiqatlarından, stratiqrafik qazıntılardan və laborator analizlərdən sonra dəqiqləşdirilməsi mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031