azturkxeber.az
http://azturkxeber.az

Nağı Nağıyev Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edildi

17-07-2026

Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni üzv təyin edilib.

Azturkxeber.az xəbər verir ki, Milli Depozit Mərkəzinin Müşahidə Şurasının 14 iyul 2026-cı il tarixli qərarı ilə Nağı Nağıyev İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.

1995-ci ildə Bakı şəhərində anadan olan Nağı Nağıyev ali təhsilini Böyük Britaniyada alıb. O, 2013–2016-cı illərdə City University London universitetində "İnvestisiya və maliyyə risklərinin idarə edilməsi" proqramı üzrə təhsil alaraq maliyyə ixtisası üzrə bakalavr dərəcəsi qazanıb. Daha sonra həmin universitetdə "Layihələrin idarə edilməsi, maliyyə və risk" ixtisası üzrə magistr təhsilini başa vuraraq 2017-ci ildə magistr dərəcəsinə yiyələnib.

2018–2023-cü illərdə University College London universitetində doktorantura təhsili alan N.Nağıyev fəlsəfə doktoru elmi dərəcəsini əldə edib.

Peşəkar fəaliyyətinə 2020-ci ildə Londonda yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə təhlilçisi kimi təcrübə keçməklə başlayan Nağı Nağıyev, həmin il "SOCAR Trading" şirkətində bazar riskləri üzrə təhlilçi kimi fəaliyyətə başlayıb. O, 2022–2023-cü illərdə London Metal Birjasında çalışaraq beynəlxalq maliyyə və əmtəə bazarları sahəsində təcrübəsini artırıb.

Nağı Nağıyev 2023-cü ilin avqust ayından etibarən Azərbaycan Mərkəzi Bankında fəaliyyət göstərib. O, əvvəlcə Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentində aparıcı mütəxəssis, 2024-cü ilin iyunundan isə həmin departamentin Nəzarətin metodologiyası şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Nağı Nağıyev ailəlidir, üç övadı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031