azturkxeber.az
http://azturkxeber.az

Kambocada qısa müddətdə “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq

17-07-2026

Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çea “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub.

Azturkxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə məlumat verib. Milli brendimiz olan “ASAN xidmət”in 35-dən çox ölkəyə ixracı istiqamətində əməkdaşlıq edildiyi diqqətə çatıdırılıb.

Həmçinin görüş zamanı ötən ilin dekabr ayında Kambocanın müvafiq qurumu ilə imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində görülən işlər müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031