azturkxeber.az
http://azturkxeber.az

İşğaldan azad edilmiş ərazilərdə torpaqların icarəsi üzrə III investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

17-07-2026

İşğaldan azad edilmiş ərazilərdə torpaqların icarəsi üzrə III investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi prosesi davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə III investisiya müsabiqəsi bu il aprelin 30-da elan edilib, iyunun 15-də sənəd qəbulu başa çatıb. Ümumilikdə müsabiqədə iştirak üçün 193 subyekt müraciət edib.

Üçüncü investisiya müsabiqəsi ilə bağlı iyulun 14-də investisiya komissiyasının iclası keçirilib, müsabiqənin iştirakçıları və qalibləri müəyyən edilib. Müsabiqə iştirakçısı hesab edilən sahibkarlıq subyektləri SMS vasitəsilə məlumatlandırılıb. Qalib elan edilmiş sahibkarlıq subyektlərinin məlumatlandırılması prosesi mərhələli şəkildə davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031