Ceyhun Bayramov: Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıqda müsbət dinamika davam edir

Azərbaycan və Rusiya qlobal iqtisadiyyatda mövcud çətinliklərə baxmayaraq, iqtisadi əməkdaşlıqda müsbət dinamikanı qoruyub saxlayır.
Azturkxeber.az-ın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla geniş tərkibdə keçirilən görüş zamanı bildirib.
Ceyhun Bayramov qeyd edib ki, görüşdə ticarət-iqtisadi əməkdaşlığın vəziyyəti və perspektivləri ətraflı müzakirə olunacaq. Onun sözlərinə görə, bu sahədə mühüm mexanizmlərdən biri cari ilin aprel ayında keçirilmiş Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasıdır.
Nazir vurğulayıb ki, dünya iqtisadiyyatında mövcud çətinliklərə baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələrin ümumi inkişaf tendensiyası müsbət olaraq qalır.
"Bu gün 2025-ci ilin iqtisadi göstəricilərini, eləcə də yaxın perspektiv üçün müəyyən edilmiş istiqamətləri daha ətraflı nəzərdən keçirəcəyik", – deyə Ceyhun Bayramov bildirib.
XİN başçısı humanitar sahənin Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin ənənəvi və vacib istiqamətlərindən biri olduğunu da qeyd edib.
Onun sözlərinə görə, görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəliyin aktual məsələləri, eləcə də beynəlxalq platformalarda əməkdaşlıq və əlaqələrin inkişafı da müzakirə ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: