azturkxeber.az
http://azturkxeber.az

Bakının bəzi küçələrində təmir işlərinə başlanılır

17-07-2026

Bakının bəzi küçələrində təmir işlərinə başlanılır

Bakıda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə bir sıra küçələrdə təmir işlərinə başlanılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, iyulun 16-dan etibarən aşağıdakı küçələrdə təmir işlərinin aparılması nəzərdə tutulur:

Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi;

Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi;

Nizami rayonu, Əliağa Kürçaylı küçəsi.

Bundan əlavə, iyulun 17-dən etibarən isə aşağıdakı ərazilərdə təmir işlərinə başlanılacaq:

Nizami rayonu, C. Naxçıvanski küçəsi (8-ci kilometr bazarının sağ və sol tərəfi);

Yasamal rayonu, Ayna Sultanova küçəsi.

Təmir işləri aparılan müddətdə qeyd olunan yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti işlərin gedişatına uyğun olaraq qismən və ya tam məhdudlaşdırıla bilər. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, marşrutlarını əvvəlcədən planlaşdırmaları və mümkün olduğu hallarda alternativ yollardan istifadə etmələri xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031