azturkxeber.az
http://azturkxeber.az

Bakıdakı 6 məktəbdə tərbiyəçi-müəllim vakansiyaları üzrə qəbul uzadılıb

17-07-2026

Bakıdakı 6 məktəbdə tərbiyəçi-müəllim vakansiyaları üzrə qəbul uzadılıb

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində tərbiyəçi-müəllim vəzifəsinə müraciət etmək istəyən namizədlər üçün müraciət müddəti uzadılıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, namizədlər iyulun 20-si saat 10:00-dək vakansiyalar üzrə müraciət edə bilərlər.

Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi üzrə vakansiyalar mövcuddur. Vakansiya elan edilən təhsil müəssisələri aşağıdakılardır:

• Nizami Sərxanov adına 256 nömrəli tam orta ümumtəhsil məktəbi;

• Müşfiq Orucov adına 213 nömrəli məktəb-lisey;

• Rəhilə Orucova adına 109 nömrəli tam orta ümumtəhsil məktəbi;

• 331 nömrəli ümumi orta ümumtəhsil məktəbi;

• Nəriman Həmidov adına 208 nömrəli tam orta ümumtəhsil məktəbi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031